Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının birinci iclası keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının birinci iclası keçirilib - FOTO

Qafar Ağayev15:00 - 26 / 01 / 2024
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının birinci iclası keçirilib - FOTO

26 yanvar tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-ci il 24 yanvar tarixli Sərəncamı ilə tərkibi təsdiq edilmiş Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının birinci iclası keçirilib.

1news.az xəbər verir ki, iclasda Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov, Müşahidə Şurasının üzvləri Vüqar Əliyev, Şəfəq Mehrəliyeva, Sevil Mikayılova, Elçin Şıxlı və Agentliyin İcraçı direktoru Əhməd İsmayılov iştirak ediblər.

İclası giriş sözü ilə açan Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mediasında islahatlar davam etməkdədir. Bu yeni mərhələdə medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması qarşıda duran əsas çağırışlardandır.

İclasda Medianın İnkişafı Agentliyinin 2023-cü il üzrə fəaliyyətinə dair illik hesabat Müşahidə Şurasının diqqətinə təqdim edilib və qəbul olunub, görülən işlər, habelə islahatların gələcək mərhələləri və perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Sonra Agentliyin Nizamnaməsinə uyğun olaraq İcraçı direktorun təqdimatı əsasında Natiq Məmmədlinin İcraçı direktorun müavini vəzifəsinə təyin edilməsi məsələsi səs verməyə çıxarılıb və təsdiq olunub.

Bununla yanaşı, Müşahidə Şurası Medianın İnkişafı Agentliyinin strukturunu təsdiqləyib və Agentliyin Naxçıvan Regional İdarəsinin yaradılması barədə qərar qəbul edib.

Paylaş:
448

Son xəbərlər

Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02
Bütün xəbərlər