AZAL Bakıdan Kəraçiyə uçuşlara başlayır | 1news.az | Xəbərlər
Cəmiyyət

AZAL Bakıdan Kəraçiyə uçuşlara başlayır

16:51 - 26 / 01 / 2024
AZAL Bakıdan Kəraçiyə uçuşlara başlayır

“Azərbaycan Hava Yolları” (AZAL) QSC aviaşirkəti aprel ayından etibarən Pakistanın ən böyük şəhəri Kəraçiyə birbaşa uçuşlar həyata keçirməyə başlayacaq.

1news.az AZAL-a istinadən verdiyi məlumata görə, şirkətin Bakıdan Kəraçi şəhərinə ilk reysi aprelin 18-nə planlaşdırılıb. Bu marşrut üzrə uçuşlar həftədə iki dəfə – cümə axşamı və bazar günləri yerinə yetiriləcək.

Kəraçini turistlər üçün maraqlı edən onun Pakistanın tarixi və mədəni mərkəzi olmasıdır.

Qeyd edək ki, hazırda aviaşirkət Pakistanın digər iki şəhərinə – İslamabad və Lahora uçuşlar həyata keçirir.

Uçuş cədvəli ilə tanış olmaq və aviabiletləri əldə etmək üçün aviaşirkətin rəsmi www.azal.az saytına keçid ala və ya mobil tətbiqinə daxil ola bilərsiniz.

Paylaş:
358

Son xəbərlər

Bəzi çaylardan sel keçəcək

11 / 06 / 2025, 14:17
Bütün xəbərlər