Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən X “Gəncliyin səsi” Festivalı keçiriləcək | 1news.az | Xəbərlər
Mədəniyyət

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən X “Gəncliyin səsi” Festivalı keçiriləcək

Qafar Ağayev17:01 - 26 / 01 / 2024
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən X “Gəncliyin səsi” Festivalı keçiriləcək

Cari ilin 1-3 fevral tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkədə Gənclər gününə həsr olunmuş X “Gəncliyin səsi” Festivalı keçiriləcək.

1news.az xəbər verir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurl. Ölkədə hər bir sahədə gənclərin iştirakı, maraqlı ideyaları dəstəklənir, onların milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı, bədii-estetik zövqünün formalaşması üçün dövlət tərəfindən zəruri tədbirlər görülür.

X “Gəncliyin səsi” festivalının keçirilməsində əsas məqsəd isə gənclərin yaradıcı sahəyə olan marağının artırılması, onların istedadının üzə çıxarılmasına xidmət edir.

Festival çərçivəsində həm Bakıda, həm də bölgələrdə silsilə tədbirlər həyata keçiriləcək. X “Gəncliyin səsi” festivalı musiqi, teatr, rəssamlıq, dekorativ tətbiqi sənət sahələrini əhatə edəcək. Ölkənin aparıcı mədəniyyət müəssisələrində çıxış edəcək gənclər arasında musiqiçi, aktyor, rəssam, sənətşünas, və modelyerlər yer alacaqlar. Bakıda, Gəncədə, Qaxda, Salyanda gənclərin iştirakı ilə konsert, kukla tamaşası, yaradıcı yarmarka, tematik sərgilər keçiriləcək. Bu ilki festivalın prioritet istiqamətləri yaradıcı tələbələrin bu layihəyə cəlb edilməsidir. Belə ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, UNEC, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Bakı Humanitar Kolleci, Abşeron rayonu Mehdiabad qəsəbə Uşaq Musiqi Məktəbinin gənc müəllim və tələbə heyəti X “Gəncliyin səsi” festivalı çərçivəsində silsilə tədbirlərdə iştirak edəcəklər.
Eyni zamanda bu ilki festival çərçivəsində ilk dəfə olaraq aşıq sənətinə həsr olunmuş konsert proqramı baş tutacaq. Tədbirdə aşıq sənəti müxtəlif formalarda dinləyicilərə təqdim olunacaq - ənənəvi və bəstəkar yaradıcılığında, eləcə də piano alətində işlənilmiş aşıq havaları, bununla yanaşı müxtəlif dövrlərdə yaşamış aşıqların sözlərinə yazılmış mahnılar xanəndə və xor kollektivi tərəfindən ifa olunacaq.
Gənclər Günü ilə əlaqədar 2 fevral tarixində Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə gənclər üçün “açıq qapı” olacaq. Bununla əlaqədar 2 fevral tarixində yaşı 14-dən 29-dək olan şəxslərin muzeylərə sərbəst girişi təmin ediləcək.

1 fevral, 19.00
Muğam Mərkəzi, Bakı
Aşıq sənətinə həsr olunmuş konsert

2 fevral, 19.00
Azərbaycan Dövlət Akademik Filarmoniyası
Gənc bəstəkarların diplom işlərindən ibarət konsert və gənc rəssamların əsərlərindən ibarət sərgi

2 fevral, 19.00
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Bakı
İlqar Fəhminin "Balaca kişilər" tamaşası

2 fevral, 12.00
Gəncə, Qax və Salyan
Gəncə, Qax və Salyan kukla teatrlarında tamaşa və sərgilərin təşkili

2-3 fevral, 17.00
Gəncə Filarmoniyası, Gəncə
Gəncəli gənc rəssamların müəllifi olduğu əsərlərdən ( rəngkarlıq, xalça, qobelen və s.) ibarət sərgi

Paylaş:
365

Son xəbərlər

FHN “Ağ çiçəyim”də baş verən yanğınla bağlı məlumat yaydı: Məhdudlaşdırılıb - VİDEOBu gün, 01:06Azadlıq prospektindəki yanğınla bağlı daha bir küçədə hərəkət məhdudlaşdırılıb - YENİLƏNİBBu gün, 00:22Əfv Məsələləri komissiyasının iclasında 100-dən çox müraciətə baxıldı15 / 05 / 2024, 17:54“Bakı Metropoliteni” sosial mediada yayılan videogörüntülərə aydınlıq gətirib15 / 05 / 2024, 17:48Azərbaycan və Belarus antiinhisar orqanları təcrübə mübadiləsi aparacaq15 / 05 / 2024, 17:34Avropa Parlamentinin deputatı Şuşada olub15 / 05 / 2024, 17:29Audiovizual Şura BDU-nun tələbələri üçün növbəti seminar təşkil edib15 / 05 / 2024, 17:19Araik Arutyunyan və digər erməni separatçıların həbs müddəti uzadılıb15 / 05 / 2024, 17:01Sabah Bakıda yol qovşağında təmir işlərinə başlanılacaq15 / 05 / 2024, 16:42Narkotik vasitənin təsiri altında inzibati məsuliyyətdən yayınmağa çalışan sürücü həbs edilib15 / 05 / 2024, 16:18Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır15 / 05 / 2024, 16:17Baş direktor “IDEB 2024” sərgisində iştirak edir15 / 05 / 2024, 15:44Samir Nuriyev Belarus Baş nazirinin müavini ilə görüşüb15 / 05 / 2024, 15:35Penitensiar xidmət və DİN birgə əməliyyat keçirib, silahlar aşkarlanıb15 / 05 / 2024, 15:32AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib15 / 05 / 2024, 15:03ABB-nin Suraxanı filialı da yeniləndi!15 / 05 / 2024, 14:26Azərbaycan Özbəkistanla seysmologiya sahəsində təcrübə mübadiləsi aparacaq15 / 05 / 2024, 14:18Xocalıda Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına həsr olunan tədbir keçirilir15 / 05 / 2024, 14:11Səkkiz Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilib15 / 05 / 2024, 13:36Azərbaycan və Belarus XİN başçıları əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər15 / 05 / 2024, 13:22
Bütün xəbərlər