Kəlbəcərdə pulemyot, avtomat və əl qumbaraları tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Kəlbəcərdə pulemyot, avtomat və əl qumbaraları tapılıb

Qafar Ağayev17:02 - 26 / 01 / 2024
Kəlbəcərdə pulemyot, avtomat və əl qumbaraları tapılıb

Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı rayon ərazisində pulemyot, avtomat və əl qumbaraları tapılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayon ərazisindəki müxtəlif yerlərdən 1 ədəd “RPQ” markalı pulemyot, 2 ədəd “Kalaşnikov” markalı avtomat, 3 ədəd avtomat darağı, 26 ədəd “F1” markalı əl qumbarası və 19 ədəd əl qumbarasının alışqanı aşkar edilib.

Tapılan silah-sursat aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
332

Son xəbərlər

Bəzi çaylardan sel keçəcək

11 / 06 / 2025, 14:17
Bütün xəbərlər