Ötən il məhkəmələrə göndərilən işlərin sayı açıqlandı
Ötən il məhkəməyə göndərilən işlərin sayı 16 146, təqsirləndirilən şəxslərin sayı isə 17 966 olub.
1news.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev qurumun geniş kollegiya iclasında bildirib.
Bildirilib ki, 2022-ci ildə bu say müvafiq olaraq 15 777 və 17 625 təşkil edib.
Qeyd olunub ki, ötən il bütün istintaq qurumları üzrə tamamlanmış cinayət işlərinin sayı 21 104 təşkil edib. 2022-ci ildə isə bu say 19 591 təşkil edib. Yəni 2023-cü ildə bu istiqamətdə 1513 artım qeydə alınıb.
256