Əməliyyat-taktiki fakültənin dinləyicilərinin növbəti buraxılış mərasimi keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Əməliyyat-taktiki fakültənin dinləyicilərinin növbəti buraxılış mərasimi keçirilib

Qafar Ağayev12:10 - 26 / 01 / 2024
Əməliyyat-taktiki fakültənin dinləyicilərinin növbəti buraxılış mərasimi keçirilib

Yanvarın 26-da Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda Əməliyyat-taktiki fakültənin təkmilləşdirmə kursunun növbəti buraxılışına həsr olunan mərasim keçirilib.

1news.az xəbər verir ki, mərasimdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Hərbi İdarəetmə İnstitutunun rektoru, milli təhlükəsizlik və hərbi elmlər doktoru, professor, polkovnik Bəbir Quliyev kursu müvəffəqiyyətlə bitirən zabitləri müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti adından təbrik edib, onlara gələcək xidmətlərində uğurlar və yeni nailiyyətlər arzulayıb.

Ali Baş Komandanın göstərişinə əsasən ordu sıralarında xidmət edən hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və döyüş qabiliyyətinin artırılması istiqamətində görülən işlər və bu cür kursların əhəmiyyəti xüsusi vurğulanıb.

Çıxış edən məzunlar öz növbələrində Müdafiə Nazirliyinin və Milli Müdafiə Universitetinin rəhbərliyinə, professor-müəllim heyətinə bütün dinləyicilər adından dərin minnətdarlıqlarını bildirib, kurs müddətində əldə etdikləri bilik və bacarıqları tabelikdə olan şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlıqlarının artırılmasında tətbiq edəcəklərinə söz veriblər.

Sonra Əməliyyat-taktiki fakültənin məzunlarına fəxri fərman və sertifikatlar təqdim olunub.

Paylaş:
243

Son xəbərlər

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47
Bütün xəbərlər