Gəncədə qadını döyən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə qadını döyən şəxs saxlanılıb

18:03 - 27 / 01 / 2024
Gəncədə qadını döyən şəxs saxlanılıb

Gəncə şəhər sakini olan qadın Gəncə Şəhər Baş Polis İdarəsinə qeyri-rəsmi münasibətdə olduğu şəxs tərəfindən döyülməsi və digər hüquqazidd hərəkətlər etməsi ilə bağlı müraciət edib.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan 1news.az-a bildirilib ki, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb və həmin qadına qarşı qanunsuz hərəkətləri törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Quliyev Rəşad müəyyən olunaraq saxlanılıb.

Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar davam etdirilir.

Paylaş:
327

Son xəbərlər

Bəzi çaylardan sel keçəcək

11 / 06 / 2025, 14:17
Bütün xəbərlər