Lerikdə dərədən meyiti tapılan kişinin kimliyi müəyyən olunub - YENİLƏNİB
Lerikdə dərədə meyiti tapılan şəxsin kimliyi məlum olub.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, meyiti tapılan şəxsin Lerik rayon sakini, 1964-cü il təvəllüdlü Fəxrəddin Məmməd oğlu Orucov olduğu bildirilir.
Məlumata görə, Fəxrəddin Orucov dünən səhər alış-veriş etmək üçün rayonun Piran kəndinə gedib. Axşam evə qayıdanda avtomobilini kənarda saxlayıb və evə piyada getməli olub. Buzlu yolda onun ayağının sürüşdüyü, hündürlükdən dərəyə yıxıldığı ehtimal olunur. F.Orucovun donmuş halda olan meyitini görən şəxslər bu barədə aidiyyəti üzrə məlumat veriblər.
Qeyd edək ki, meyit aşkar olunan Veri-Əliabad kəndi istiqamətində 40-50 sm. qalınlığında qar var, yollar buz bağlayıb.
15:34
Lerikdə meyit tapılıb.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu gün səhər saatlarında Lerik rayonunun dağlıq ərazisində, dərədə kişi meyiti aşkarlanıb.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Meyitdə zorakılıq əlaməti aşkar olunmayıb. Meyitin bir neçə gün həmin ərazidə qaldığı məlum olub.
Hazırda ölən şəxsin kimliyi və ölüm səbəbi araşdırılır.