Abşeronda əl qumbaraları və partladıcılar tapılıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Abşeronda əl qumbaraları və partladıcılar tapılıb - VİDEO

09:57 - 29 / 01 / 2024
Abşeronda əl qumbaraları və partladıcılar tapılıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Fatmayı kəndi ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

Bu barədə 1news.az-a FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 2 ədəd F-1 əl qumbarası və 2 ədəd UZRQM partladıcısı olduğu müəyyən edilib.

Sursatlar Xüsusi Riskli Xilaseetmə Xidmətinin (XRXX) çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Paylaş:
241

Son xəbərlər

Bəzi çaylardan sel keçəcək

11 / 06 / 2025, 14:17
Bütün xəbərlər