Həmid Herisçinin vəziyyəti stabilləşib | 1news.az | Xəbərlər
Cəmiyyət

Həmid Herisçinin vəziyyəti stabilləşib

10:25 - 29 / 01 / 2024
Həmid Herisçinin vəziyyəti stabilləşib

Tanınmış jurnalist, yazıçı Həmid Herisçinin vəziyyəti stabilləşib.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Sabunçu Tibb Mərkəzindən məlumat verilib.

Bildirilib ki, H. Herisçinin müalicəsi Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanada davam etdirilir. Səhhətində müsbət dinamika müşahidə edilir, vəziyyəti stabildir.

Qeyd edək ki, 1960-cı il təvəllüdlü Həmid Herisçi bir neçə gün əvvəl qızılcaya yoluxub. O, təcili tibbi yardım avtomobili ilə Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanaya yerləşdirilib.

Paylaş:
180

Son xəbərlər

Bəzi çaylardan sel keçəcək

11 / 06 / 2025, 14:17
Bütün xəbərlər