DİN-dən insanları narahat edən oğlanla bağlı - Açıqlama | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN-dən insanları narahat edən oğlanla bağlı - Açıqlama

10:54 - 29 / 01 / 2024
DİN-dən insanları narahat edən oğlanla bağlı - Açıqlama

Bir neçə gündür Bakıda yeniyetmənin ictimai yerlərdə qeyri-adekvat hərəkətlər etməsini əks etdirən görüntülər yayılır.

O, avtobusda, metroda yerə uzanaraq çəkdirdiyi videoları paylaşır.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sonuncu videosunda yeniyetmə yaşlı qadını qucağına alaraq onu narahat edib. Həmin görüntülərdən sonra sosial şəbəkə istifadəçiləri, eləcə də sakinlər bunu paylaşan şəxsin məsuliyyətə cəlb edilməsini tələb ediblər.

Mövzu ilə bağlı DİN-in Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan şəxsin hərəkətləri ilə bağlı görüntülər araşdırılır. Qurumun əməkdaşı Nurlan Əliyev bildirib ki, əvvəllər də həmin şəxslə bağlı müvafiq tədbirlər görülüb: “Buna baxmayaraq o, hərəkətlərini davam etdirir. Həmin şəxslə bağlı əlavə tədbirlər görüləcək”.

Paylaş:
397

Son xəbərlər

Bəzi çaylardan sel keçəcək

11 / 06 / 2025, 14:17
Bütün xəbərlər