Bakıda BMW qaçırmaqda şübhəli bilinən yeniyetmə tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda BMW qaçırmaqda şübhəli bilinən yeniyetmə tutulub

11:15 - 29 / 01 / 2024
Bakıda BMW qaçırmaqda şübhəli bilinən yeniyetmə tutulub

Bakıda nəqliyyat vasitəsi qaçırılıb.

DİN-dən 1news.az-a verilən məlumata görə, yanvarın 28-də Xətai rayonu ərazisindən “BMW” markalı avtomobilin qaçırılması barədə 36-cı Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Kürdəmir rayon sakini olan yeniyetmə Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində avtomobillə saxlanılıb.

Paylaş:
420

Son xəbərlər

Bütün xəbərlər