Azərbaycanda karton kağızı istehsal ediləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda karton kağızı istehsal ediləcək

Qafar Ağayev13:19 - 30 / 01 / 2024
Azərbaycanda karton kağızı istehsal ediləcək

"Bakı Karton və Qutu Fabriki" MMC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib və bununla da rezidentlərin sayı 39-a çatıb.

1news.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Nazir qeyd edib ki, şirkət Sənaye Parkının ərazisində inşaat materiallarının və aqro-sənaye məhsullarının qablaşdırılması üzrə karton kağızın istehsalı fabriki yaradacaq. İnvestisiya dəyəri 20 milyon manat olan müəssisədə 100 nəfərin daimi iş yeri ilə təmin olunması nəzərdə tutulur".

Paylaş:
340

Son xəbərlər

Bütün xəbərlər