Polis əməkdaşları ötən gün 10 kiloqramdan çox narkotik vasitə aşkarlayıblar | 1news.az | Xəbərlər
Cəmiyyət

Polis əməkdaşları ötən gün 10 kiloqramdan çox narkotik vasitə aşkarlayıblar

10:37 - 30 / 01 / 2024
Polis əməkdaşları ötən gün 10 kiloqramdan çox narkotik vasitə aşkarlayıblar

Polis əməkdaşlarının yanvarın 29-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 10 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 8,1 kiloqramdan artıq heroin, 1 kiloqramdan çox metamfetamin və 900 qrama yaxın marixuana olub.

Həmin istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Paylaş:
348

Son xəbərlər

Bütün xəbərlər