Emin Əmrullayevlə Türkiyənin milli təhsil naziri arasında görüş keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Emin Əmrullayevlə Türkiyənin milli təhsil naziri arasında görüş keçirilib

Qafar Ağayev14:50 - 31 / 01 / 2024
Emin Əmrullayevlə Türkiyənin milli təhsil naziri arasında görüş keçirilib

Yanvarın 30-dan Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekin Azərbaycanda səfərdədir.

1news.az xəbər verir ki, Türkiyənin milli təhsil naziri Yusuf Tekin və nümayəndə heyəti yanvarın 31-də Fəxri xiyabanı ziyarət edərək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyub.

Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi anılıb, məzarları üzərinə qərənfillər düzülüb. Həmçinin “Türk şəhidliyi” abidəsi ziyarət edilərək şəhidlərin xatirəsi yad olunub.

Səfər çərçivəsində Türkiyənin milli təhsil naziri Yusuf Tekin və Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev arasında görüş keçirilib.

Görüş zamanı Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əlaqələrin son illərdə uğurla və dinamik inkişafı vurğulanıb. Eyni zamanda iki ölkə arasında mövcud əlaqələrin daha da möhkəmləndirilməsi üçün təhsilin ən vacib sahələrdən biri olduğu qeyd edilib.

Elm və təhsil naziri Emin Əmrullayev qardaş ölkələr arasında təhsil sahəsi üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində imkanların artırılacağını diqqətə çatdırıb.

Türkiyənin milli təhsil naziri Yusuf Tekin öz növbəsində ölkəmizdə olmaqdan məmnunluğunu ifadə edib.

Görüş zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyət və perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Paylaş:
225

Son xəbərlər

Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:40Bu gündən Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayırBu gün, 12:37Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12
Bütün xəbərlər