Aytən Seyidova: “Ölkəmizə idxal olunan avtomobillərin əksəriyyəti köhnə olan və tələblərə cavab verməyən avtomobillərdir” | 1news.az | Xəbərlər
Cəmiyyət

Aytən Seyidova: “Ölkəmizə idxal olunan avtomobillərin əksəriyyəti köhnə olan və tələblərə cavab verməyən avtomobillərdir”

Qafar Ağayev15:32 - 01 / 02 / 2024
Aytən Seyidova: “Ölkəmizə idxal olunan avtomobillərin əksəriyyəti köhnə olan və tələblərə cavab verməyən avtomobillərdir”

“Müasir dünyada atmosfer havasının çirklənməsində avtonəqliyyat vasitələrindən atılan zərərli maddələr əsas yer tutur”.

1news.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji təhlükəsizlik fəaliyyətinin təhlili və qiymətləndirilməsi şöbəsinin müdiri Aytən Seyidova nəqliyyat vasitələrinin utilizasiyası, mövcud vəziyyət və qarşıda duran məsələlərlə bağlı keçirilən dəyirmi masada deyib.

“Dinamik iqtisadi inkişafla bağlı ölkəmizdə də atmosferə atılan çirkləndiricilərin əsas mənbəyi məhz nəqliyyat vasitələridir”.

O qeyd edib ki, ölkəmizdə köhnə avtomobillərin utilizasiyası məsələsi ekoloji baxımdan xüsusi əhəmiyyət kəsb edir.

“Utilizasiyanın əsas məqsədi ekoloji baxımdan istismara yararsız avtomobillərin dövriyyədən çıxarılmasını, onların müəyyən hissələrinin təkrar emala yönəldilməsini, ətraf mühit üçün zərərsiz hala gətirilməsini təmin etməkdir”.

“Son zamanlar qəbul edilən dövlət proqramlarında köhnə avtomobillərdən istifadənin mərhələlərlə məhdudlaşdırılması, ekoloji təmiz avtomobillərin istifadəsinin təşviq edilməsi və bu qəbildən digər məsələlər yer alır.

Utilizasiya proqramının təsdiq olunması nəticəsində nəqliyyatlardan atılan zərərli maddələrin miqdarı azalacaqdır ki, bu da insanların sağlamlığının qorunmasına, ətraf mühitin keyfiyyətinin yaxşılaşmasına səbəb olacaq.

Yeni utilizasiya proqramının qəbul olunması köhnə avtomobillərin təkrar xammal kimi emal edilərək yenidən dövriyyəyə qaytarılması ilə həm də tullantıların idarə olunmasının təkmilləşdirilməsi nöqteyi-nəzərindən öz töhfəsini verəcək”.

Şöbə müdiri qeyd edib ki, son illərdə iqtisadi fəallığın artması fonunda nəqliyyat vasitələrindən istifadə xeyli artıb.

“Ölkəmizə idxal olunan avtomobillərin əksəriyyəti istehsal tarixi köhnə olan və tələblərə cavab verməyən avtomobillərdir. Nəqliyyat vasitələrinin sayının artması və onların qeyri-məqbul texniki vəziyyəti ətraf mühitə təsirləri daha da artırır”.

Paylaş:
425

Son xəbərlər

Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:40Bu gündən Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayırBu gün, 12:37Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12
Bütün xəbərlər