Ekspert: “Nəqliyyatın mobilliyi utilizasiyanın icrasında əhəmiyyətli rol oynayacaq”
“Əgər ölkəmizdə nəqliyyatın mobilliyinin inkişafı olarsa, bu utilizasiyanın icrasında əhəmiyyətli rol oynayacaq”.
1news.az xəbər verir ki, bunu nəqliyyat sahəsi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov nəqliyyat vasitələrinin utilizasiyası, mövcud vəziyyət və qarşıda duran məsələlərlə bağlı keçirilən dəyirmi masada deyib.
“Bu gün həm rayonlarda, həm də elə adamlar var ki, onlar üçün avtomobilsiz hərəkət etmək çox çətindir. Buna səbəb ictimai nəqliyyatın yetərli dərəcədə inkişaf etməməsidir. Ona görə bu prosesin həyata keçməsi üçün ictimai nəqliyyat yaxşılaşmalıdır. Bir çox adam bu gün sırf ictimai nəqliyyatın yaxşı olmaması səbəbindən fərdi avtomobildən istifadə edir”.
235