Azərbayanda olan hibrid və elektrik mühərrikli avtomobillərin sayı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbayanda olan hibrid və elektrik mühərrikli avtomobillərin sayı açıqlandı

Qafar Ağayev17:59 - 01 / 02 / 2024
Azərbayanda olan hibrid və elektrik mühərrikli avtomobillərin sayı açıqlandı

31 dekabr 2023-ci ilə qədər olan məlumata görə hazırda Azərbaycanda hibrid mühərrikli avtomobillərinin sayı 42 min 461-dir"

1news.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Mübariz Ağayev nəqliyyat vasitələrinin utilizasiyası, mövcud vəziyyət və qarşıda duran məsələlərlə bağlı keçirilən dəyirmi masada deyib.

"Elektrik mühərrikli avtomobillərin sayı isə 3 min 138-dir. Əvvəlki illərlə müqayisədə hibrid və elektrik mühərrikli avtomobillərin sayında kifayət qədər artım var. Bu da dövlət tərəfindən atılan stimullaşdırıcı addımlarla bağlıdır. Eyni zamanda əhalimizin bu məsələyə yanaşması da özünü göstərir. Bu da maarifləndirmə işlərinin nəticəsini verir". - deyə o qeyd edib.

Paylaş:
876

Son xəbərlər

Bütün xəbərlər