Sumqayıtda içərisində 28 min manatdan çox pul və qızıl olan seyf oğurlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda içərisində 28 min manatdan çox pul və qızıl olan seyf oğurlanıb

11:38 - 01 / 02 / 2024
Sumqayıtda içərisində 28 min manatdan çox pul və qızıl olan seyf oğurlanıb

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları içərisində 28 min manatdan çox qızıl-zinət əşyaları olan seyfi oğurlamaqda şübhəli bilinən şəxsi saxlayıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə yanvarın 25-nə keçən gecə şəhər ərazisində 28800 manat pul və qızıl-üzük olan seyfi oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş İmdad Məmmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:
284

Son xəbərlər

Bütün xəbərlər