DİN: Polis idarəsinə getmədən bir çox xidmətlərdən onlayn yararlanmaq mümkündür - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN: Polis idarəsinə getmədən bir çox xidmətlərdən onlayn yararlanmaq mümkündür - VİDEO

12:14 - 01 / 02 / 2024
DİN: Polis idarəsinə getmədən bir çox xidmətlərdən onlayn yararlanmaq mümkündür - VİDEO

Daxili İşlər Nazirliyi polis-vətəndaş münasibətlərində şəffaflığın, operativliyin artırılması və vətəndaş yönümlü xidmətlərin təkmilləşdirilməsi məqsədilə həyata keçirilən innovativ texnoloji həllərin davamı olaraq göstərdiyi elektron xidmətləri daha da əlçatan edib.

1news.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Məlumata görə, artıq vətəndaşlar polis idarəsinə getmədən Daxili İşlər Nazirliyinin səlahiyyətində olan bir çox xidmətlərdən onlayn qaydada yararlana biləcək. Bunun üçün E-Polis tətbiqində və ya e-xidmet.mia.gov.az portalında identifikasiya nömrəsi və ya asan login ilə qeydiyyatdan keçmək kifayətdir. Tətbiqdə bir çox bölmələr mövcuddur. Bölmələrə keçid edərək Daxili İşlər Nazirliyinin səlahiyyətində olan məsələlərlə bağlı informativ məlumatlar əldə edə, sənədlərinizi nəzərdən keçirə və cərimələrinizi onlayn qaydada ödəyə bilərsiniz. “Yeni müraciətlər” bölməsində vətəndaşlar heç bir yerə getmədən onlayn qaydada elektron imza ilə təsdiqlənmiş məhkumluq haqqında, nəqliyyat vasitəsinin zədələnməsi, nəqliyyat vasitəsinin yüklülük və yol nəqliyyatı hadisəsi ilə bağlı sığorta arayışlarını əldə edə, eləcə də olduğu yer üzrə müvəqqəti qeydiyyata alınmaq üçün müraciət edə bilərlər. “Virtual 102” bölməsində vətəndaşların qarşılaşdığı məsələlərlə bağlı operativ olaraq görüntü, səs qeydi və yazılı formada müraciət etmək imkanları vardır. Tətbiqdə həmçinin fəaliyyət istiqamətləri üzrə, eləcə də xidmətə qəbulla bağlı müraciətlər alınır və cavablandırılır. E-Polis tətbiqini App Store və ya Google play-dən yükləyə bilərsiniz.

Paylaş:
200

Son xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05
Bütün xəbərlər