Elşad Əsgərov: “Köçəri quşların mühafizəsi üzərimizə böyük məsuliyyət qoyur” | 1news.az | Xəbərlər
Cəmiyyət

Elşad Əsgərov: “Köçəri quşların mühafizəsi üzərimizə böyük məsuliyyət qoyur”

Qafar Ağayev13:08 - 02 / 02 / 2024
Elşad Əsgərov: “Köçəri quşların mühafizəsi üzərimizə böyük məsuliyyət qoyur”

Ramsar siyahısına daxil edilən Qızılağac körfəzi və Ağgöl əraziləri qışlamaya gələn və miqrasiya edən quşlar üçün çox əhəmiyyətli ərazilərdir.

1news.az xəbər verir ki, bunu Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü Elşad Əsgərov 2 fevral Ümumdünya Su-Bataqlıq Əraziləri Günü ilə əlaqədar verdiyi açıqlama zamanı bildirib.

O qeyd edib ki, 1997-ci ildə İranın Ramsar şəhərində su-bataqlıq ərazilərinə dair Konvensiya imzalanıb və Konvensiyanı imzalamış tərəflər öz ölkələrində bu cür əraziləri qorumaq üçün öhdəliklər götürüb.

“Azərbaycanda bu cür əhəmiyyət daşıyan iki ərazi həmin siyahıya daxil edilib. Bunlar Qızılağac və Ağgöl milli parklarıdır. Burada bir çox quş növü yuva qurub bala böyüdür. Ölkəmiz köçəri quşların köç yolunun üstündə yerləşdiyi üçün onların mühafizəsi üzərimizə böyük məsuliyyət qoyur. Xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsini genişləndirməklə biz həmin məsuliyyətin öhdəsindən gəlmək üçün ciddi səy göstəririk”.

Paylaş:
647

Son xəbərlər

AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:40Bu gündən Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayırBu gün, 12:37Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39
Bütün xəbərlər