Əməliyyat keçirildi, silah və narkotik aşkarlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Əməliyyat keçirildi, silah və narkotik aşkarlandı

Qafar Ağayev08:56 - 02 / 02 / 2024
Əməliyyat keçirildi, silah və narkotik aşkarlandı

Qubada avtomat satmaq istəyən şəxsdən narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan 1news.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayonunda qeydiyyatda olmaqla Bakı şəhərində yaşayan, əvvəllər məhkum olunmuş Rasim Hüseynov saxlanılıb.

Həmin şəxsin üzərindən satmaq məqsədilə gətirdiyi 1 ədəd “Kalaşnikov” markalı avtomat aşkar edilərək müsadirə edilib.

Bundan başqa, həmin şəxsin üzərindən narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Rasim Hüseynovun barəsində həbs qətimkan tədbiri seçilib.

Paylaş:
247

Son xəbərlər

Bütün xəbərlər