Son beş ildə oğlan və qız uşaqlarına ən çox qoyulan adlar məlum olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Son beş ildə oğlan və qız uşaqlarına ən çox qoyulan adlar məlum olub

17:11 - 03 / 02 / 2024
Son beş ildə oğlan və qız uşaqlarına ən çox qoyulan adlar məlum olub

Bu ilin yanvarında Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adların statistikası açıqlanıb.

1news.az Ədliyyə Nazirliyinin saytına istinadla xəbər verir ki, 2024-cü ildə doğulan oğlan uşaqlarına ən çox Hüseyn adı qoyulub. Bu ad 92 uşağa verilib. Oğlan adlarında sonrakı yerləri Yusif (69), Uğur (69), Əli (68), Murad (53), Raul (51), Adəm (42), Məhəmməd (40), Fateh (38) və Ömər (36) tutur.

Bu il qız uşaqlarına ən çox Zeynəb adı verilib (75). Qız uşaqlarına ən çox qoyulan digər adlar Məryəm (68), (Ayla 66), Nilay (65), Zəhra (64), İnci (61), Fatimə (52), Melisa (51), Aylin (50) və Mələkdir (45).

Son beş ildə də oğlan və qız uşaqlarına ən çox müvafiq olaraq Uğur və Zəhra adları verilib. Son beş ildə 7321 uşağa Uğur adı, 7122 qız uşağına Zəhra qoyulub. Sonrakı yerlərdə oğlanlarda Əli (7185), Yusif (6821) və Hüseyn (6653) qərarlaşıblar. Uşaqlara verilən adların siyahısında ilk onluqda qızlarda isə Zeynəb (5792), Məryəm (5698), Aylin (5472), Fatimə (4934) və Mələk (4835) yer alır.

Qeyd edək ki, il ərzində yeni doğulan uşaqlara verilən adlarla bağlı məlumat Ədliyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlər sırasında “Azərbaycan adları barədə məlumat” bölməsində yerləşdirilib. Vətəndaşlar bu elektron xidmətdən istifadə edərək yeni doğulmuş uşaqlara ad verərkən həmin adın axtarışı, mənası, şərhi, onunla bağlı statistik məlumat əldə edə bilərlər. Ədliyyə Nazirliyinin elektron xidmətlərindən qurumun rəsmi internet saytı (https://exidmet.justice.gov.az:8284/VVA/Names) və ya “Elektron hökumət” portalı vasitəsilə yararlanmaq mümkündür.

Paylaş:
13615

Son xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05
Bütün xəbərlər