Gəncədə 72 yaşlı kişi baltalanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə 72 yaşlı kişi baltalanıb

10:45 - 03 / 02 / 2024
Gəncədə 72 yaşlı kişi baltalanıb

Gəncə şəhər sakini, 1952-ci il təvəllüdlü Nazim Həsənqulu oğlu Məmmədova yaşadığı evdə baş nahiyəsindən balta ilə xəsarət yetirilib.

1news.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Gəncə şəhər, Bayan küçəsi 119b ünvanında qeydə alınıb.

O, xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə, onun oğlu -1976-cı il təvəllüdlü Zaur Məmmədovdur.

O, hadisəni törətdikdən sonra hadisə yerindən qaçsa da aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
219

Son xəbərlər

Bütün xəbərlər