Küçədə çılpaq gəzən qadın xəstəxanaya yerləşdirildi - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Küçədə çılpaq gəzən qadın xəstəxanaya yerləşdirildi - VİDEO

17:51 - 05 / 02 / 2024
Küçədə çılpaq gəzən qadın xəstəxanaya yerləşdirildi - VİDEO

Sosial şəbəkələrdə Göyçay şəhərində qadının ictimai yerlərdə çılpaq vəziyyətdə gəzməsinə dair görüntülər yayılıb.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, havanın soyuq olmasına baxmayaraq, küçədə geyimsiz hərəkət edən şəxs insanlarda narahatlıq yaradıb.

DİN-in Mətbuat xidmətinin regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, həmin qadının şəhər sakini, qeydiyyatda olan ruhi-əsəb xəstəsi olduğu müəyyən edilib: “Onun bu formada hərəkəti ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən dayandırılıb və aidiyyəti üzrə təhvil verilib”.

Qeyd edək ki, saxlanılan şəxs artıq ixtisaslaşmış xəstəxanaya yerləşdirilib.

Paylaş:
337

Son xəbərlər

Bütün xəbərlər