Azərbaycanın Türkiyədəki səfirliyində seçki məntəqələri yaradılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın Türkiyədəki səfirliyində seçki məntəqələri yaradılıb

18:04 - 05 / 02 / 2024
Azərbaycanın Türkiyədəki səfirliyində seçki məntəqələri yaradılıb

7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı Azərbaycanın Türkiyədəki səfirliyində seçki məntəqələri yaradılıb.

1news.az xəbər verir ki, bu barədə Səfirliyin “X” platformasındakı səhifəsində bildirilib.

“7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə bağlı Səfirliyimizdə 17 saylı Yasamal üçüncü seçki dairəsinin 46 və 47 saylı seçki məntəqələri yaradılıb”, – məlumatda qeyd edilib.

Paylaş:
373

Son xəbərlər

Bütün xəbərlər