MSK sədri: Seçkilərin şəffaflığı baxımından problemimiz olmayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

MSK sədri: Seçkilərin şəffaflığı baxımından problemimiz olmayacaq

Qafar Ağayev14:50 - 06 / 02 / 2024
MSK sədri: Seçkilərin şəffaflığı baxımından problemimiz olmayacaq

Seçkilərin şəffaflığı baxımından bizim heç bir problemimiz olmayacaq.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən mətbuat konfransında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, 1000 məntəqədə veb-kameralar quraşdırılıb: “Sabah saat 07:30-dan bütün proseslər başa çatana qədər veb-kameralar işləyəcək. Veb-kameralar vasitəsilə 1000 məntəqədə MSK saytından da müşahidə aparmaq olar. Dünyanın istənilən nöqtəsindən bunu etmək imkanı yaradılıb. Bütün addımlar atılıb ki, şəffaflıq baxımından bütün imkanlardan istifadə edilsin. Veb-kamera təcrübəsi Azərbaycana aiddir”.

Paylaş:
290

Son xəbərlər

Bütün xəbərlər