10 tələbə “Azercell Təqaüdçüsü” adına layiq görülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

10 tələbə “Azercell Təqaüdçüsü” adına layiq görülüb

15:26 - 06 / 02 / 2024
10 tələbə “Azercell Təqaüdçüsü” adına layiq görülüb

Lider mobil operator “Tələbə Təqaüdü 2024” proqramının qalibləri ilə görüşüb.

Üç mərhələli seçim prosesində fərqlənən 10 tələbə təhsil müddətinin sonunadək hər ay 300 AZN məbləğində təqaüdlə təmin ediləcək. Eyni zamanda, Azercell qaliblər üçün digər inkişaf imkanları da yaradacaq.

Qeyd edək ki, “Tələbə Təqaüdü” proqramına müraciətlərin qəbulu ötən ilin oktyabr ayında açıq elan olunub və bir ay davam edib. Bu müddət ərzində Azercell-in İnsan Kapitalının İdarə Edilməsi departamentinin mütəxəssisləri ölkənin regionlarında da proqramın tanıtımını keçirib. Şirkət əməkdaşları bölgələrdə təhsil alan bir sıra tələbə və müəllim heyəti ilə görüşərək proqram haqqında məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar.

Bu il təqaüd proqramı məhz informasiya texnologiyaları, kibertəhlükəsizlik, biznes analitikası, data elmi və marketinq sahələri üzrə bakalavr təhsili alan sonuncu 2 kursun tələbələrini əhatə edib.

Proqrama qatılmaq üçün ümumilikdə 600-dən çox tələbə müraciət edib ki, onlardan 100-ü ilkin tələblərə cavab verərək növbəti seçim mərhələsinə dəvət alıb. İkinci seçim mərhələsində müxtəlif tapşırıqlar əsasında iştirakçıların elmi potensialı qiymətləndirilib. Bu mərhələni uğurla başa vuran tələbələr üzbəüz müsahibələrə qatılmaq imkanı əldə ediblər.

Xatırladaq ki, 2009-cu ildən etibarən təşkil edilən “Tələbə Təqaüdü” proqramından bu günədək ölkənin müxtəlif universitetlərində təhsil alan 300-ə yaxın tələbə faydalanıb.

Azərbaycanda yeni İKT mütəxəssislərinin inkişafını, tərəqqi və innovasiyaların tətbiqini diqqət mərkəzində saxlayan Azercell bu istiqamətdə gördüyü işləri davam etdirəcək.

Reklam hüququnda

Paylaş:
209

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər