Qəbələdə qanunsuz tikili sökülüb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qəbələdə qanunsuz tikili sökülüb - VİDEO

12:02 - 06 / 02 / 2024
Qəbələdə qanunsuz tikili sökülüb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

1news.az FHN-ə istinadən xəbər verir ki, bu çərçivədə, Qəbələ rayonunun Həmzəli kəndi ərazisində fiziki şəxs tərəfindən qanunsuz olaraq tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Qəbələ Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikilinin sökülməsi təmin edilib.

Paylaş:
312

Son xəbərlər

Bütün xəbərlər