7 saylı Səbail seçki dairəsinin 7 saylı məntəqəsində indiyədək səsverənlərin sayı açıqlandı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

7 saylı Səbail seçki dairəsinin 7 saylı məntəqəsində indiyədək səsverənlərin sayı açıqlandı - FOTO

Qafar Ağayev18:10 - 07 / 02 / 2024
7 saylı Səbail seçki dairəsinin 7 saylı məntəqəsində indiyədək səsverənlərin sayı açıqlandı - FOTO

“Səhər saatlarından məntəqədə seçicilərin aktivliyi müşahidə olunur”.

Bunu 1news.az-a açıqlamasında 7 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsinin sədri Həsən Vəliyev deyib.
O, bildirib ki, saat 7:30-dan seçicilər səs vermək üçün növbəyə durmuşdular. Saat 8:00-da seçici izdihamı yaşanırdı. İndidəyədək 700-ə yaxın seçici səsvermə hüququndan istifadə edib. Saat 19:00-a qədər seçicilərin gələcəyi gözlənilir”.
H. Vəliyev deyib ki, gün ərzində həm beynəlxalq, həm də yerli müşahidəçilər məntəqəyə gələrək səsvermə prosesini izləyiblər.

"7 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsinin dislokasiyasında 1086 seçici var. Onlardan 15 nəfər bizdən qeydiyyatdançıxma vəsiqəsi alıb. Eyni zamanda burada səs vermək üçün qeydiyyata düşənlər də var” - deyə o, bildirib.

Qeyd edək ki, 1news.az-ın əməkdaşları məntəqədə saat 16:50-də olub.

FOTO: Nadir İbrahimli

Paylaş:
386

Son xəbərlər

Bütün xəbərlər