Seçici fəallığı 76,73 faiz olub
Növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermədə saat 19:00-a olan son seçici fəallığı açıqlanıb.
1news.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, saat 19:00-a qədər respublika üzrə 4 milyon 971 min 32 nəfər səs verib. Seçici fəallığı 76,73 faiz olub.
Hesabat vermiş məntəqələrin sayı 6522-dir.
Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilib.
308