Astarada azyaşlı qızılcadan dünyasını dəyişib | 1news.az | Xəbərlər
Cəmiyyət

Astarada azyaşlı qızılcadan dünyasını dəyişib

13:28 - 08 / 02 / 2024
Astarada azyaşlı qızılcadan dünyasını dəyişib

Astara rayonunda azyaşlı qızılcadan ölüb.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Maşxan kəndində baş verib.

Belə ki, 2018-ci il təvəllüdlü Yusif Ağamir oğlu Əliyev 4 gün əvvəl yaxınları tərəfindən qızdırma əlamətləri ilə xəstəxanaya aparılıb.

Müalicə təyin edilən azyaşlı evə buraxılıb. Dünən isə yaşadığı evdə hərarəti yüksələn uşaq vəfat edib.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, son aylarda Azərbaycanda 10-dan çox azyaşlı və yeniyetmə qızılcadan vəfat edib.

Paylaş:
298

Son xəbərlər

Bütün xəbərlər