Ağdamın musiqi beşiyi: Xan Şuşinski adına Muğam Uşaq Musiqi Məktəbi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdamın musiqi beşiyi: Xan Şuşinski adına Muğam Uşaq Musiqi Məktəbi - FOTO

16:36 - 08 / 02 / 2024
Ağdamın musiqi beşiyi: Xan Şuşinski adına Muğam Uşaq Musiqi Məktəbi - FOTO

Azərbaycanın musiqi beşiyi olan Qarabağda Ağdamın özünəməxsus yeri var.

Qarabağın mədəniyyət mərkəzi hesab olunan rayonda bir çox musiqi məktəbləri fəaliyyət göstərib ki, onların içərisində Ağdam Xan Şuşinski adına Muğam Uşaq Musiqi Məktəbinin xüsusi yeri var.

Məlumat üçün bildirək ki, Ağdam Xan Şuşinski adına Muğam Uşaq Musiqi Məktəbi 1985-ci ildə fəaliyyətə başlayıb. İlk direktoru Əməkdar Mədəniyyət İşçisi Rafiq Rüstəmov olub.

R.Rüstəmovun 1987-ci ildə məktəbin nəzdində təşkil etdiyi “Qarabağ bülbülləri” ansamblı dövlət tədbirlərində, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, televiziyada, hərbi hissələrdə geniş proqramla konsertlər verib.

Muğam məktəbi yüzlərlə sənətkar yetişdirib. Onlardan respublikamızın əməkdar artistləri Firuz Səxavət, Opera və Balet Teatrının solisti Səbuhi İbayev, Sevinc Sarıyeva, Humay Məmmədova, Ehtiram Hüseynov, Fəqani Əliyev, Cabir İmanov, Ayaz Qasımov, Habil Hacıyev, Elza Qaybalıyeva, Rəvan Şahverdiyev, Əli Hacıyev, Gündüz Nəcəfov və digərləri republikamızın tanınmış, adlı-sanlı sənətkarlarıdır.

1993-cü ildə Ağdam şəhəri işğal olunduqdan sonra digər abidə və tikililərimiz kimi Xan Şuşinski adına Muğam Uşaq Musiqi Məktəbinin binası da tamamilə dağıdılıb. Həmin ildən muğam məktəbi Biləcəri qəsəbəsində yerləşən Q.Abbasov adına 284 saylı orta məktəbin nəzdində fəaliyyətini davam etdirir.

Hazırda məktəbdə 7 ixtisas üzrə (Xanəndəlik, tar, kamança, fortepiano, saz, qarmon, nağara) təhsil alan 160 nəfər şagirdin təlim-tərbiyəsi ilə 54 müəllim məşğul olur.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əmri ilə 2015-ci ildən məktəbin direktoru Cəfərova Xətayə Zülfüqar qızı təyin olunub.

Yarandığı gündən bu günə kimi məktəbin yetirmələri dəfələrlə ölkəmizdə və bir çox xarici dövlətlərdə - Türkiyə, Rusiya, Tacikistan, Fransa, İsveçrə, İtaliya, Gürcüstan, Çin Xalq Respublikasında keçirilən beynəlxalq müsabiqələrdə ölkəmizi, milli musiqimizi layiqincə təmsil edərək qaliblər sırasında yer almaqla müxtəlik dəyərli mükafatlara layiq görülüblər.

Məktəbin təcrübəli müəllimlərindən Şaiq İbayev, Əziz Mənsimli, Rəvanə Şamilova, Qəşəngi Qəşniyeva, Aytən Cəfərova, Əsmayə Rüstəmova, Sabir Həsənov və başqalarının adlarını çəkmək olar. Qabaqcıl şagirdlərdən Mətin Cəfərov, Ayan Cəfərova, Murad Hüseynov, Tunar Əzizov, Muhamməd Şahverdiyev, Şəlalə Əhmədova və başqaları əldə etdikləri uğurlarla fərqləniblər.

Bu uğurlardan biri də 2023-cü il aprelin 17-də Çinin paytaxtı Pekində yerləşən Diaoyutay dövlət iqamətgahında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunan sərgi və konsertin təşkil olunması olub. Mərasimdə Azərbaycan incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış ediblər. Məktəbin kollektivinin ən böyük arzusu isə Ağdama qayıdaraq doğma məkanda fəaliyyətlərini davam etdirməkdir.

Müzəffər Ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən sonra Qarabağ yeni mərhələyə - dirçəliş mərhələsinə qədəm qoyub. Bir çox yaşayış məskənlərimiz, tarixi abidələrimiz kimi mədəniyyət ocaqlarımız da ya bərpa olunur, ya da bütünlüklə yenidən tikilir. İnanırıq ki, Ağdam Xan Şuşinski adına Muğam Uşaq Musiqi Məktəbi də doğma Ağdama qayıdacaq və mədəniyyətimizin, musiqimizn inkişafına töhfələr verməkdə davam edəcək.

Qarabağ Dirçəliş Fonduna ianə etməklə siz də işğaldan azad edilən ərazilərimizdə aparılan bərpa prosesinə öz töhfənizi verə bilərsiniz.

Fonda ianələrin köçürülməsi imkanları haqqında daha ətraflı məlumatı https://qdf.gov.az/iane-et/ linkinə daxil olaraq əldə etmək mümkündür.

İanə edək, Qarabağımızı birlikdə dirçəldək!

Paylaş:
411

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər