Ötən ay 3900 şəxsə əlillik təyin olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən ay 3900 şəxsə əlillik təyin olunub

Qafar Ağayev17:22 - 09 / 02 / 2024
Ötən ay 3900 şəxsə əlillik təyin olunub

Bu ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 3,9 min şəxsə əlillik təyin edilib.

Nazirlikdən 1news.az-a verilən xəbərə görə, onlardan 1,9 mininə ilkin, 2 mininə təkrar əlillik təyinatı aparılıb. Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin olunub.

Son bir ayda Agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan 8,6 min şəxsə reabilitasiya xidməti göstərilib.

Paylaş:
351

Son xəbərlər

Bütün xəbərlər