Zaqatalada 2 mərtəbəli evdə yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Zaqatalada 2 mərtəbəli evdə yanğın olub

15:06 - 10 / 02 / 2024
Zaqatalada 2 mərtəbəli evdə yanğın olub

Zaqatalada 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evində yanğın olub.

1news.az-ın APA-ya istinadən məlumatına görə, yanğın günorta saatlarında rayonun Lahıc kəndində, kənd sakini Süleyman Saleh oğlu Yusifova məxsus ikimərtəbəli, 6 otaqdan ibarət evdə baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib. Yanğının qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.

Paylaş:
326

Son xəbərlər

Bütün xəbərlər