Ağcabədidə qanunsuz ov edən şəxslər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağcabədidə qanunsuz ov edən şəxslər saxlanılıb

16:35 - 10 / 02 / 2024
Ağcabədidə qanunsuz ov edən şəxslər saxlanılıb

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsi ərazisində qanunsuz ov edən 2 nəfəri müəyyən edib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan 1news.az-a verilən məlumata görə, həmin şəxslərdən 1 ədəd müvafiq sənədi olmayan ov silahı və qanunsuz olaraq ovlanmış çöl quşları aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
394

Son xəbərlər

Bütün xəbərlər