Zaqatalada maşın təmiri sexində yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Zaqatalada maşın təmiri sexində yanğın olub

18:01 - 10 / 02 / 2024
Zaqatalada maşın təmiri sexində yanğın olub

Zaqatala rayonunun Yuxarı Tala kəndində yanğın olub.

1news.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 96 m² olan, 2 boksdan ibarət avtomobil təmiri sexinin lambirdən ibarət tavanı 24 m² sahədə və içərisində təmirə dayanan “ВАЗ” markalı minik avtomobili yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
453

Son xəbərlər

Bütün xəbərlər