İrandan qaçaqmalçılıq yolu ilə gətirilən 33 kiloqram narkotik vasitə aşkarlanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İrandan qaçaqmalçılıq yolu ilə gətirilən 33 kiloqram narkotik vasitə aşkarlanıb - FOTO

10:28 - 10 / 02 / 2024
İrandan qaçaqmalçılıq yolu ilə gətirilən 33 kiloqram narkotik vasitə aşkarlanıb - FOTO

Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə daxil olmuş 33 kiloqram narkotik vasitə, psixotrop maddə və həblərin paytaxt ərazisinə çatdırılaraq burada realizə olunmasının qarşısı polis əməkdaşları tərəfindən alınıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan 1news.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun Ərçivan qəsəbəsi ərazisində keçirdikləri əməliyyat tədbirləri zamanı Bakı şəhər sakini, hazırda narkotiklərin qanunsuz dövriyyəsi, qaçaqmalçılıq, dövlət sərhəddini qanunsuz keçmə maddələri ilə axtarışda olan, əvvəllər isə Cinayət Məcəlləsinin oğurluq, xuliqanlıq, əmlakı qəsdən məhvetmə və ya zədələmə, hədə-qorxu ilə tələbetmə və digər maddələrilə məhkum olunmuş Aqil Şirəliyev "Chevrolet Nexia" markalı avtomobildə saxlanılıb.

Həmin nəqliyyat vasitəsinin yük yerindən A.Şirəliyevə məxsus iki ədəd torbadan umumilikdə 15 kiloqram heroin, 16 kiloqram marixuana, 2 kiloqram metamfetamin və 1000 ədəd metadon həbi aşkarlanaraq götürülüb. Saxlanılan şəxsin ölkəyə İrandan qaçaqmalçılıq yolu gətirilmiş həmin narkotik vasitələri pul qarşılığında paytaxt ərazisinə çatdırmaq üçün əldə etdiyi müəyyən edilib. A.Şirəliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən Astara rayonunda son 1 ay ərzində keçirilən əməliyyat tədbirləri nəticəsində 11 ədəd müvafiq sənədləri olmadan qanunsuz saxlanılan ov tüfəngi aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.

Paylaş:
142

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər