Cavanşir Quliyevin vəfat etməsi xəbəri yalandır, bu gün əməliyyat olunacaq | 1news.az | Xəbərlər
Mədəniyyət

Cavanşir Quliyevin vəfat etməsi xəbəri yalandır, bu gün əməliyyat olunacaq

09:24 - 12 / 02 / 2024
Cavanşir Quliyevin vəfat etməsi xəbəri yalandır, bu gün əməliyyat olunacaq

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin Türkiyədə müalicə aldığı xəstəxanada vəfat etməsi barədə məlumat yayılıb.

1news.az APA-ya istinadən xəbər verir ki, məlumat yalandır, Cavanşir Quliyevin müalicəsi davam etdirilir.

Heydər Əliyev Fondundan bildirilib ki, bu gün Cavanşir Quliyevin üzərində planlaşdırılmış əməliyyat aparılması nəzərdə tutulur.

Xatırladaq ki, bəstəkarın müalicəsinə Heydər Əliyev Fondu tərəfindən dəstək göstərilir.

Paylaş:
636

Son xəbərlər

Bütün xəbərlər