Ötən gün ölkə ərazisində 75 kiloqrama yaxın narkotik aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün ölkə ərazisində 75 kiloqrama yaxın narkotik aşkarlanıb

Qafar Ağayev09:58 - 13 / 02 / 2024
Ötən gün ölkə ərazisində 75 kiloqrama yaxın narkotik aşkarlanıb

Polis əməkdaşları ötən gün ölkə ərazisində 75 kiloqrama yaxın narkotik vasitə aşkar edərək götürüblər.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr, 4,4 kiloqramdan artıq heroin, 60 kiloqrama yaxın marixuana, 2 kiloqrama yaxın tiryək, 8,6 kiloqramdan çox metamfetamin olub.

Bu istiqamətdə mübarizə tədbirləri davam etdirilir.

Paylaş:
310

Son xəbərlər

Bütün xəbərlər