Dumanlı hava şəraiti fevralın 15-dək davam edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Dumanlı hava şəraiti fevralın 15-dək davam edəcək

Qafar Ağayev11:31 - 13 / 02 / 2024
Dumanlı hava şəraiti fevralın 15-dək davam edəcək

Ölkə ərazisində müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə, Dumanlı hava şəraitinin fevralın 15-dək fasilələrlə davam edəcəyi gözlənilir.

Qeyd edək ki, dumanlı hava şəraitinin səbəbi nisbətən soyuq hava kütləsinin isti səth üzərinə hərəkəti nəticəsində yaranan inversiya qatıdır. Xəzər dənizi üzərində formalaşan duman qatı cənub-şərq istiqamətli küləklərlə Abşeron yarımadasına daxil olub.

Hazırda Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 10 dərəcə yüksəkdir.

Paylaş:
420

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər