Bakıda 5 ailə üzvünün qətlinə görə saxlanılan 25 yaşlı oğlan barəsində qərar verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 5 ailə üzvünün qətlinə görə saxlanılan 25 yaşlı oğlan barəsində qərar verilib

15:28 - 14 / 02 / 2024
Bakıda 5 ailə üzvünün qətlinə görə saxlanılan 25 yaşlı oğlan barəsində qərar verilib

Bakıda 5 nəfər ailə üzvünü qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən 1news.az-a bildirilir ki, fevralın 13-də bir ailənin 5 nəfər ailə üzvünün qəsdən öldürülməsi faktı üzrə Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.7-ci maddələri ilə istintaq olunan cinayət işi üzrə cinayət əməlini törətməkdə şübhəli bilinən 1999-cu il Əhməd Əhmədov həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında onun barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Paylaş:
468

Son xəbərlər

Bütün xəbərlər