FHN yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb - FOTO - VİDEO

Qafar Ağayev09:29 - 14 / 02 / 2024
FHN yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb - FOTO - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb.

Bu barədə a FHN-dən məlumat verilib.

Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsi, ev 2A ünvanında yerləşən “Selhome Group” MMC-yə məxsus anbarda keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğuları tam quraşdırılmayıb;

- obyekt avtomatik yanğınsöndürmə qurğusu ilə təchiz olunmayıb;

- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;

- obyektin bəzi sahələrində elektrik xətləri yanar konstruksiyaların üzəri ilə çəkilib;

- obyektdə yanar mal və materiallar elektrik lampalarının və naqillərinin altında pərakəndə halda saxlanılır;

- anbar sahəsində müvəqqəti çəkilən elektrik xətlərindən, açıq sonluqlu naqillərdən, izolyasiya örtüyü zədələnən və sıradan çıxan naqillərdən istifadə olunur;

- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunmayıb;

- obyektin ərazisində yanğına qarşı ara məsafə gözlənilməyib və tezalışan materiallardan istifadə edilməklə arakəsmələr quraşdırılıb;

- daxili yanğın su kranları tam komplektləşdirilməyib;

- təxliyə planı mövcud deyil;

- könüllü yanğından mühafizə dəstəsi yaradılmayıb və yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib;

- taxta konstruksiyalı elementlər odadavamlı məhlulla hopdurulmayıb;

- normadan artıq pərakəndə şəkildə yığılmış yanar materiallar sərbəst keçidi və hərəkəti məhdudlaşdırıb;

- obyektin fəaliyyəti və yenidənqurma işləri Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsi, ev 2A ünvanında yerləşən “Selhome Group” MMC-yə məxsus anbarın fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Paylaş:
191

Son xəbərlər

Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37
Bütün xəbərlər