Telekommunikasiya avadanlıqlarının istismarına dair dövlət qurumları ilə müzakirə edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Telekommunikasiya avadanlıqlarının istismarına dair dövlət qurumları ilə müzakirə edilib

Qafar Ağayev12:26 - 14 / 02 / 2024
Telekommunikasiya avadanlıqlarının istismarına dair dövlət qurumları ilə müzakirə edilib

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) təşəbbüsü ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri ilə görüş keçirilib.

1news.az xəbər verir ki, görüş çərçivəsində mobil operatorlara, sabit simsiz texnologiyalardan istifadə edərək internet telekommunikasiya xidməti göstərən operator və provayderlərə və digər radiotezlik istifadəçilərinə aid baza stansiyalarının (RBS), həmçinin digər ötürücü radio avadanlıqların quraşdırılması və istismarı üçün ekoloji ekspertiza rəyinin və sanitariya-epidemioloji rəyin verilməsinə dair geniş müzakirə aparılıb.

Tənzimləyici qurum olaraq İKTA telekommunikasiya sahəsində ekoloji və sanitar-epidemioloji normaların riayət olunmasında maraqlıdır və bu məqsədlə aidiyyəti strukturlarla qarşılıqlı əməkdaşlığa, həmçinin fikir və təcrübə mübadiləsinə daim açıqdır.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

Paylaş:
326

Son xəbərlər

Tuvalulu naziri Buradakı müzakirələrin kiçik ada dövlətlərinə də ciddi təsiri varBu gün, 12:50Cümə gününün hava proqnozuBu gün, 12:24Əsassız pensiya ödənişlərinin qarşısının alınması ilə əlaqədar əldə edilən vəsaitin həcmi açıqlanıbBu gün, 11:53Şəkidə yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölübBu gün, 11:44Azərbaycanda pensiyaçıların sayı açıqlanıbBu gün, 11:44BDU THE-nin “İnterdisiplinar Elm Reytinqi”ndə dünya üzrə TOP-250-dəBu gün, 11:25Könüllü hərbi vətənpərvərlik texniki idman cəmiyyəti hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcəkBu gün, 11:24Bakıda daha 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilirBu gün, 11:02Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:57Həyati təhlükəsi olan beyin anevrizması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanırBu gün, 10:53Azərbaycanın dəniz xüsusi təyinatlıları “SAT-SAS-2024” təlimində iştirak edirBu gün, 10:35ABB-nin on minlərlə müştərisi YAŞAT Fonduna ianə etdiBu gün, 10:23Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 10:08BMT Baş katibi Antonio Quterreş Azərbaycana səfərə gəlibBu gün, 09:46Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıbBu gün, 09:44Bu gün COP29-da su ehtiyatlarının idarə olunması məsələlərinə həsr edilmiş Bakı Bəyannaməsi qəbul ediləcəkBu gün, 09:42Noyabrın 21-ə olan valyuta məzənnələri açıqlandıBu gün, 09:29Bakıda 59 yaşlı qadını maşın vurubBu gün, 09:11Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:58Səfirlik Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış edib20 / 11 / 2024, 17:42
Bütün xəbərlər