Azərbaycan Milli İncəsənət Muzeyi “Muzeydə musiqi” adlı yeni layihəyə başlayıb | 1news.az | Xəbərlər
Mədəniyyət

Azərbaycan Milli İncəsənət Muzeyi “Muzeydə musiqi” adlı yeni layihəyə başlayıb

17:04 - 15 / 02 / 2024
Azərbaycan Milli İncəsənət Muzeyi “Muzeydə musiqi” adlı yeni layihəyə başlayıb

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə həyata keçirilən layihənin hər bir mərhələsi musiqi və təsviri sənətin müəyyən epoxasına həsr olunacaq.

1news.az xəbər verir ki, tamaşaçılar konsertdə musiqi dinləməklə yanaşı, həm də həmin dövrün sənət əsərləri ilə onları yaxından tanış edəcək tematik ekskursiyada iştirak etmək kimi unikal imkan əldə edəcəklər. Nəticədə isə bu və digər epoxanın mədəniyyəti ayrılmaz vəhdətdə qavranılacaq. Ölkəmizin aparıcı musiqi ocaqları ilə əmakdaşlıq əsasında hər ay yeni proqram tərtib olunacaq. Tamaşaçılara həm dünya klassik musiqisindən, həm Azərbaycan bəstəkarlarının yaradıcılığından əsərlər, həm də milli, caz, etnik musiqi təqdim ediləcək.

Layihə çərçivəsində görkəmli alman bəstəkarı İ.S.Baxa həsr olunmuş “Siz Baxı sevirsinizmi?” adlı ilk konsert 14 fevralda təqdim olunub.Tamaşaçılar qarşısında Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun dirijorluğu, Səidə Tağızadənin solistliyi ilə Bakı Kamera Orkestri çıxış edib. Konsert “PAŞA Holding”in dəstəyi ilə keçirilib.

Paylaş:
483

Son xəbərlər

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!28 / 04 / 2024, 12:18Kamaləddin Qafarov: “Azərbaycan - Qırğızıstan münasibətlərində mədəni əlaqələr önəmli yer tutur”28 / 04 / 2024, 11:30"Nar"dan sərfəli smartfon təklifi27 / 04 / 2024, 21:10ABŞ Səfirliyi ANAMA əməkdaşının minaya düşməsinə münasibət bildirib27 / 04 / 2024, 18:03Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar27 / 04 / 2024, 17:40Sahibkarlıq sahəsində fərqlənən bəzi şəxslər “Tərəqqi” medalı ilə təltif edilib27 / 04 / 2024, 17:19Azərbaycan hərbçiləri Türkiyədə “EFES - 2024” təlimində iştirak edir - FOTO27 / 04 / 2024, 17:03“Koroğlu”da polisdən qaçan narkokuryer barəsində cinayət işi başlanıldı - FOTO27 / 04 / 2024, 16:21Ali Məhkəmənin hakimi intihar edib27 / 04 / 2024, 16:01Hacıqabul - Bəhrəmtəpə - Mincivan yolunda hərəkət qismən məhdudlaşdırılacaq27 / 04 / 2024, 15:40“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirilib - VİDEO27 / 04 / 2024, 15:30Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək27 / 04 / 2024, 15:01Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fleşmob təşkil edib27 / 04 / 2024, 14:34Ceyranbatan su kanalında batan 13 yaşlı yeniyetmənin meyiti tapılıb27 / 04 / 2024, 14:17Bu gün 10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışır27 / 04 / 2024, 13:47Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb, saxlanılan var27 / 04 / 2024, 13:26ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb27 / 04 / 2024, 13:06Laçın rayonunun Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirilib27 / 04 / 2024, 12:30Sahibə Qafarova: Fransa regionda yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyur27 / 04 / 2024, 12:20Bazar günü Azərbaycanda 32 dərəcə isti olacaq - Proqnoz27 / 04 / 2024, 12:06
Bütün xəbərlər