Milli Dram Teatrında xarici mütəxəssislərin ustad dərsləri təşkil olunacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Dram Teatrında xarici mütəxəssislərin ustad dərsləri təşkil olunacaq

Qafar Ağayev11:59 - 15 / 02 / 2024
Milli Dram Teatrında xarici mütəxəssislərin ustad dərsləri təşkil olunacaq

Teatr sənəti üzrə tanınmış pedaqoqlar və aktyorlar Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ustad dərsləri keçəcəklər.

1news.az xəbər verir ki, Ustad dərsləri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Rusiyanın Aleksandrinski Teatrı (Sankt-Peterburq), Azərbaycan Teatr Xadimləri İttifaqının və Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə həyata keçiriləcək Aleksandrinski Teatr Məktəbi təhsil layihəsi çərçivəsində reallaşacaq.

Layihə RF Mədəniyyət Nazirliyi və MDB-yə üzv ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi və Aleksandrinski Teatrının direktoru Sergey Yemelyanovun rəhbərliyi ilə keçirilir.

Ustad dərsləri “Müasir milli teatrda idarəetmənin əsasları” və “Müasir kontekstdə fəaliyyət” proqramları üzrə əyani üçgünlük intensiv proqramdan ibarətdir. “Müasir milli teatrda idarəetmənin əsasları” proqramı menecment məsələlərini, “Müasir kontekstdə fəaliyyət” proqramı isə aktyor sənətini əhatə edir. Hər iki istiqamət üzrə ustad dərsləri SDU və RDSSİ-nin müəllimləri, həmçinin Aleksandrinski Teatrının mütəxəssisləri tərəfindən aparılacaq.

“Müasir milli teatrda idarəetmənin əsasları” proqramı üzrə 35 dinləyici nəzəriyyəni öyrənəcək və paralel olaraq 5-6 komandaya bölünərək ekspertlərin dəstəyi ilə öz yaradıcılıq layihələrini inkişaf etdirəcəklər. Daha sonra komandalar ekspertlərin qarşısında layihələrini müdafiə edib şəhadətnamə alcaqlar.

“Müasir kontekstdə fəaliyyət” proqramında isə 25 dinləyici nəzəriyyəni öyrənəcək və praktik məşğələlərdə iştirak edəcək. Yekunda onlara proqramın mənimsənməsinə dair dövlət nümunəli şəhadətnamələr təqdim olunacaq.

Paylaş:
235

Son xəbərlər

Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:37
Bütün xəbərlər