Dövlət Komitəsinin sədri vəzifəsinin müvəqqəti icrası Səyyad Salahlıya həvalə edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Komitəsinin sədri vəzifəsinin müvəqqəti icrası Səyyad Salahlıya həvalə edilib

Qafar Ağayev15:22 - 16 / 02 / 2024
Dövlət Komitəsinin sədri vəzifəsinin müvəqqəti icrası Səyyad Salahlıya həvalə edilib

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Adil oğlu Salahlıya həvalə edilib.

1news.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, indiyədək Komitənin sədri Mübariz Qurbanlı idi. O, yeni hökumətin tərkibində yer almayıb.

Həmçinin oxuyun:

Azərbaycan Prezidenti hökumətin yeni tərkibini təsdiqləyib - ADLAR

Fikrət Məmmədov yeni hökumətdə təmsil olunmayıb, onun yerinə müvəqqəti təyinat

Paylaş:
399

Son xəbərlər

Bütün xəbərlər