Novruz çərşənbələrinin tarixi açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Novruz çərşənbələrinin tarixi açıqlandı

Qafar Ağayev13:58 - 19 / 02 / 2024
Novruz çərşənbələrinin tarixi açıqlandı

Azərbaycanda bu il Novruz çərşənbələri fevral ayından başlayacaq.

1news.az xəbər verir ki, bu il Novruz bayramının ilk çərşənbəsi olan - Su çərşənbəsi fevralın 27-si tarixinə təsadüf edəcək.

Od çərşənbəsi isə martın 5-i qeyd ediləcək. Martın 12-də Yel çərşənbəsi olacaq. Novruzun ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi isə martın 19-na təsadüf edəcək. Novruz bayramı axşamı martın 20-si qeyd ediləcək.

Xatırladaq ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2024-cü ildə fəsillərin ölkəmizə daxil olma vaxtını təqdim edib. Təqvimə əsasən, bu il Yaz fəsli Azərbaycana 20 mart saat 07:06-da daxil olacaq.

Paylaş:
289

Son xəbərlər

Bütün xəbərlər