Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlandı

Qafar Ağayev16:41 - 19 / 02 / 2024
Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlandı

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (12.02.2024 - 28.02.2024) açıqlanıb.

ANAMA-dan 1news.az-a verilən məlumata görə, Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Laçın, Şuşa, Xocavənd, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilanda 33 piyada əleyhinə mina, 46 tank əleyhinə mina, 525 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 886,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Paylaş:
243

Son xəbərlər

Bütün xəbərlər