Nazir: “Sahibkarlara 71,5 milyon manat faiz subsidiyası verilib” | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir: “Sahibkarlara 71,5 milyon manat faiz subsidiyası verilib”

Qafar Ağayev10:48 - 19 / 02 / 2024
Nazir: “Sahibkarlara 71,5 milyon manat faiz subsidiyası verilib”

Bu il yanvarın 1-nə mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması üçün sahibkarlara 71,5 milyon manat ödənilib.

1news.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş biznes subyektlərinə mövcud kreditlər üzrə faiz subsidiyalarının ödənilməsi məqsədilə borcu olan sahibkarların müraciəti əsasında subsidiyaların verilməsi ötən il davam etdirilib. 31 dekabr 2023-cü il tarixinə kreditin qalıq məbləği 893,4 milyon manat olan 5 071 müraciət üzrə 71,5 milyon manat faiz subsidiyası ödənilib. Dəstək proqramı çərçivəsində 31 dekabr 2023-cü il tarixinədək pandemiyadan zərər çəkmiş sahibkarlara ayrılmış dövlət zəmanətli kreditlər üzrə subsidiyanın ödənilməsi istiqamətində 52 milyon manat vəsait verilib", - deyə o qeyd edib.

Paylaş:
288

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər